Menu

​Rusiya qırıcıları Hələbi bombaladı - 18 dinc sakin ölüb, 13-ü yaralanıb

26.04.2016, 15:21
​Rusiya qırıcıları Hələbi bombaladı - 18 dinc sakin ölüb, 13-ü yaralanıb

Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın Hələb şəhəri və ətraf əraziləri bombalaması nəticəsində 18 dinc sakin ölüb, 13-ü isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Hələbin qərbində yerləşən Etraib rayonunun mülki müdafiə məsələləri üzrə məsulu İbrahim Əbu Leys bildirib ki, Rusiya qırıcılarının mülki müdafiə mərkəzlərini bombalaması nəticəsində qurumun 5 əməkdaşı ölüb, 3-ü isə yaralanıb: "Ruslar sadəcə qırıcılarla deyil, ballistik raketlərlə də mərkəzlərə hücum ediblər".

"Rusiyanın döyüş təyyarələri Firdevs, Hayderiye və Şear rayonlarını bombalaması nəticəsində 13 dinc sakin həyatını itirib, 10-u isə yaralanıb", - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol