Menu

Türkiyədə Twitter qadağasının ilginc səbəbi

21.03.2014, 22:13
Türkiyədə Twitter qadağasının ilginc səbəbi

Türkiyədə Twitter-ə qadağa qoyulmasının mümkün səbəblərindən biri də məlum olub. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, söhbət bir qadının intim fotolarının Twitter-də onun adından yerləşdirilməsindən gedir.

Qadın məhkəməyə müraciət edib. Məlum olub ki, fotoları mikrobloqa onunla düşmən münasibətlərində olan bir nəfər yerləşdirib.

Samsun şəhərində qadının hüquqlarını müdafiə edən vəkil Adnan Aydın bildirib ki, iddiaçı məhkəmədən həmin mikrobloqun bağlanmasını tələb edib. Məhkəmə iddia ilə bağlı müsbət qərar çıxarsa da, Twitter administrasiyası məhkəmə qərarını yerinə yteirməkdən imtina edib. Türkiyə tərəfi bu addımı insanların şəxsi həyatına birbaşa müdaxilə kimi qiymətləndirib və Twitter administrasiyasının qərarını qanunsuz hesab edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol