Dünya Bankı, xam neftin qiymətinə dair 2016-cı il üzrə proqnozunu 37 dolardan 41 dollara qaldırıb.
Dünya Bankı, "Əmtəə Bazarları" hesabatının Aprel 2016-ci sayını dərc edib.
Hər üç aydan bir dərc olunan hesabatda, xam neft qiymətlərinin, dolların zəyifləməsi və hasilatın azalması ilə qalxacağı qeyd olunub.
Hasilatın azalmasına İraq, Nigeriya və ABŞ-da istehsalın geriləməsinin səbəb olduğu vurğulanan hesabata görə, Dünya Bankı, xam neftin barrelinin qiymətinin bu il orta hesabla 41 dollar səviyyəsində olacağını gözləyir. Bu rəqəm, Yanvar ayında nəşr olunmuş bir əvvəlki hesabatda 37 dollar olaraq proqnoz edilmişdi.
Hesabatı hazırlayanlardan Dünya Bankının iqtisadçısı Con Baffes,"Bu il neft təklifinin azalması ilə bir az daha yüksək qiymətlər nəzərdə tuturuq" ifadələrini istifadə edib.
Buna qarşı, neft qiymətlərinin yenidən düşmə ehtimalı olduğuna da diqqəti çəkən Baffes, "Əgər OPEC hasilatı artırarsa, ya da OPEC üzvü olmayan ölkələrin istehsalı gözlənildiyi sürətdə düşməsə, neft qiymətləri daha da pisləşə bilər" qiymətləndirməsini edib. /"Marja"


Şərhlər