Menu

"Rosatom" Akkuyu atom elektrik stansiyasındakı payını satır

27.04.2016, 14:52
"Rosatom" Akkuyu atom elektrik stansiyasındakı payını satır

Rusiya atom enerjisi üzrə dövlət korporasiyası ("Rosatom") Akkuyu atom elektrik stansiyası layihəsindəki 49%-lik səhm paketini satışa çıxarıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yazır.

"Rosatom" bu addımını Rusiyadakı iqtisadi vəziyyətlə və maliyyə çatışmazlığı ilə izah edir.

Bildirilir ki, səhm paketinin alınmasına "Cengiz Holding" maraq göstərir.

"Rosatom" hələlik məsələyə münasibət bildirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol