Menu

Rəsmi İrəvandan generalların qovulmasına reaksiya

27.04.2016, 19:30

azpolitika.info Sarkisian-Army-Post ermeni esger sarkisyan serj cebhe“Ermənistan Müdafiə Nazirliyi (MN) ordu generallarının işdən uzaqlaşdırılmasını şərh etməkdən imtina edir”. Anspress-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, Ermənistan MN-nin mətbuat katibi Artsrun Ovannisyan Müdafiə Nazirliyinin Baş qərargahının kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyanın ordudan uzaqlaşdırılmasını şərh etməkdən imtina edib.

"Biz sadəcə bunun 4 günlük müharibə ərzində bizim kəşviyyat orqanlarının öz işinin öhdəsindən gələ bilməməsi, qarşı tərəfin sərhədə hərbi texnika yığmasından kəşviyyatçılarımızın xəbərinin olması ilə əlaqəsinin olub-olmadığını maraqlandıq. Mən onu deyə bilərəm ki, prezidentin əmrini şərh edə bilmirəm", - deyə Ovannisyan bildirib.  "Vəzifəli şəxsin işindən azad olması artıq öz-özlüyündə faktdır və bu konkret əmrdir. Əmr isə hüquqi sənədidir. Hər şey sənədə uyğun olan prosedur üzrə həyata keçirilir. Mən bunu şərh etmək səlahiyyətində deyiləm" - Ovannisyan qeyd edib.

 Artsrun Ovannisyan - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi

 Cəbhədə baş verən son hadisələr onsuz da Ermənistanın müdafiə nazirliyinin yarıtmaz fəaliyyətindən narazı olan toplumu bir az da hiddətləndirib. Ölkə prezidenti Serj Sarkisyan bu narazılıqdan sonra bir neçə yüksəkrütbəli hərbçini işdən çıxarmaq qərarına gəlib. O, bu barədə əmr imzalayıb.

İşdən çıxarılan hərbçilər - sağda Alik Mirzəbekyan, solda Arşak Karapetyan

Onun əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan işdən çıxarılıb.

 İşdən qovulanlar arasında Baş qərargahın kəşfiyyat idarəsinin rəisi  general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının  və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var.

 Sarkisyanın bu addımını şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, Serjin belə bir addım atmasının səbəbi çox güman ki, erməni prezidentin həmin generallara ordu ilə bağlı müəyyən bir tapşırıq verməsi, generalların isə həmin əmri yerinə yetirə bilməyəcəklərini və bunun mümkünsüzlüyünü demələri ilə əlaqəli olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol