Menu

Azərbaycanın 2 bankı çətin vəziyyətdə

28.04.2016, 10:22
Azərbaycanın 2 bankı çətin vəziyyətdə

Devalvasiyalardan sonra verilən kreditlərin azalması, üstəlik problemli kreditlərin artması bankların çətin vəziyyətə düşməsinə səbəb olur.

Mətbuata sızan məlumatlara görə, “Zaminbank” və “Bank Standard”da vəziyyət daha pisdir.

“Marja” xəbər verir ki, iddialara görə, “Zaminbank” bir müddətdir işçilərinin əmək haqlarını verə bilmir.

Həmçinin “Zaminbank” təxminən 1 aydır ki, bankomatlarını pulla təmin edə bilmir. Məlumata görə, buna səbəb bankın nağd pul çatışmazlığı ilə üzləşməsidir.

Buna görə də, “Zaminbank” rəhbərliyi bankomatlara pul qoyulmamasına, müştərilərin kart hesablarındakı vəsaitlərin yalnız bankın filiallarında məhdud şəkildə nağdlaşdırılmasına qərar verib.

“Bank Standard” QSC-nin maliyyə vəziyyətinin kəskin pisləşdiyi barədə xəbərlər gəlir.

“Marja”ya verilən məlumata görə, əmanət müqavilələrinin müddəti bitmiş əmanətçilər Bankdan pullarını geri ala bilmirlər.

“İki ay əvvəl əmanət müqaviləsinin müddəti bitib. Bank bildirir ki, kassada pul yoxdur. “Bank Standard” ödəmə qabiliyyətini itirib”, - adının açıqlanmasını istəməyən mənbə “Marja”ya bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol