Menu

“Ermənistan odla oynayır” - Ərdoğan

28.04.2016, 11:11
“Ermənistan odla oynayır” - Ərdoğan

"Ermənistan odla oynayır. Türkiyədə 100 minə yaxın erməni var. Onlardan 50 mini Türkiyə vətəndaşı deyil. Yaşamaq üçün icazəsi olmayanlarla da xoş davranırıq. Biz xoş niyyətli olduğumuzu göstəririk".

Oxu.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Star” qəzetinə erməni həmkarı Serj Sarkisyanın Azərbaycanla müharibəyə hazır olduqları barədə bəyanatını şərh edərkən bildirib.

Ərdoğan bildirib ki, hazırkı vəziyyətdə Rusiya tam şəkildə Ermənistana açıq dəstək göstərə bilmir, çünki Azərbaycanla da qarşılıqlı əlaqələri var: “Azərbaycanın azad etdiyi yerlərlə bağlı “bizim üçün əhəmiyyətli deyil” desələr də, Ermənistanı qorxu bürüməyə başlayıb. Ərazi, əsgərlərin sayı və digər imkanlar baxımından Azərbaycanın gücü Ermənistanla müqayisəyə gəlməz.

Azərbaycan ətrafındakı ölkələrə bənzəməz. Nə Gürcüstan, nə də Ukraynaya bənzəyir. Rusiya Ukraynada da istədiyi nəticəni ala bilmədi. Sadəcə Krımda tatarların sayı az olduğu üçün orada bir nəticəyə nail oldu. Rusiya düzgün hərəkət etmir”, – deyə, Ərdoğan bildirib.

Türkiyə prezidenti jurnalistlərin suallarını cavablandırarkən

Türkiyə prezidenti bundan əvvəl İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitində də Qarabağda baş verənlərə toxunmuşdu. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərini dərhal tərk etməli olduğunu deyib.

Ərdoğan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması və problemin bu vaxtadək həll edilməməsinin səbəbləri barədə məlumat verib. İƏT-in bir daha Azərbaycanın sərhəd toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıran prezident BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsindən, ATƏT-in Minsk qrupunun məsələnin həlli ilə bağlı yarıtmaz fəaliyyətindən söhbət açıb.

Vurğulayıb ki, İƏT ciddi səylərlə müsəlman ölkələrindəki problemlərin, silahlı münaqişələrin həllinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərməlidir. Ərdoğan deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmalıdır.  /Anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol