Menu

Bu gün ali məktəblərə ərizə qəbulu başa çatır

28.04.2016, 11:23
Bu gün ali məktəblərə ərizə qəbulu başa çatır

Ali məktəblərə 80 minə yaxın abituriyent ərizə verib

Bu gün 2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başa çatır. APA-nın xəbərinə görə, elektron ərizə qəbulu aprelin 28-də saat 23:59-dək davam edəcək.

Bu gün saat 11:00-dək ali məktəblərə 79201 nəfər ərizə verib. Onlardan 72192 nəfəri Azərbaycan, 7009 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 31586-sı I, 22310-u II, 19768-i III, 5537-i isə IV ixtisas qrupu seçib.

Qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol