Menu

Naxçıvanda vəzifəli şəxs dəhşətli qəza törətdi: 2 qadın öldü

29.04.2016, 15:39
Naxçıvanda vəzifəli şəxs dəhşətli qəza törətdi: 2 qadın öldü

Naxçıvan Muxtar Respublikasında 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində “Hyundai” markalı 85 CF 754 dövlət qeydiyyat nişanlı avtomobil qadınları vurub.

Nəticədə ağır xəsarətlər alan 63 və 34 yaşlı iki qadın vəfat edib.

Hadisəni törədən avtomobili idarə edən Məhərrəm Bağırov Naxçıvan şəhər Təhsil Şöbəsində baş mühasib işləyir.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol