Menu

"Bizdə atom silahı var" - Ermənistanın keçmiş baş naziri

29.04.2016, 16:49
"Bizdə atom silahı var" - Ermənistanın keçmiş baş naziri

Ermənistanın atom silahı var.

Belə bir bəyanatla bu gün Ermənistanın keçmiş baş naziri, ölkə parlamentinin deputatı Qrant Baqramyan bildirib.

Bəyanatdan heyrətə gəlmiş jurnalistlərin deyilən sözləri izah etmək barədə xahişinə Baqratyan rədd cavabı verərək, heç nəyi aydınlaşdırmaq niyyətində olmadığını bildirib.

“Bizim atom silahı yaratmaq üçün imkanımız var”, - deyə o bildirib və əlavə edib:

“Bizim atom silahımız var”.

Qeyd edək ki, bir müddət əvvəl erməni parlamentində çıxış edən Baqratyan atom silahı yaratmağa çağırıb. Bunu Ermənistanı Azərbaycan və Türkiyənin gələcək hücumlarından qorumaq üçün yeganə vasitə adlandırmışdı.  (oxu.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol