Menu

Erməni ailəsini qətlə yetirən rus əsgər: “Səs-küy salırdılar, öldürdüm”

29.04.2016, 17:34
Erməni ailəsini qətlə yetirən rus əsgər: “Səs-küy salırdılar, öldürdüm”

Ötən il Ermənistanın Gümrü şəhərində 7 nəfərdən ibarət erməni ailəsini qətlə yetirən rusiyalı əsgər Valeri Permyakov öz cinaytinin motivlərini izah edib.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsgər 2 yaşlı və 6 aylıq körpələri qətlə yetirməsinin səbəblərini bu cür izah edib.

“Uşaqlar səs-küy salırdılar, çöldə isə itlər hürürdü. Onları öldürdüm ki, bu səs-küy dayansın”.

Valeri Permyakov cinayəti tam şəkildə etiraf edib.

Cinayət hadisəsi 2015-ci il yanvarın 12-də törədilmişdi. Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazadan qaçan Permyakov şəhərdəki evlərdən birinə daxil olaraq, Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirmişdi. Türkiyə ilə sərhəddə yaxalanan əsgər 2015-ci il martından məhkəmə qarşısına çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol