Menu

Azadlıq Radiosunun büro rəhbəri güllələnib

22.03.2014, 18:38
Azadlıq Radiosunun büro rəhbəri güllələnib

Azadlıq Radiosunun Bağdad bürosunun rəhbəri Mohammed Bdaiwi Owaid öldürülüb. Hadisə martın 22-də səhər saatlarında prezident sarayından bir qədər kənarda, radionun ofisi yaxınlığında xüsusi mühafizə olunan ərazidə baş verib.

Jurnalisti hərbi mühafizəçinin öldürdüyü bildirilir.

Araşdırmalara başlanılıb.

Efirdə Hasan Rashid kimi tanınan Owaid 1993-cü ildən jurnalistikada idi. Bir neçə media qurumunda redaksiya heyətinin təsisçisi və ya rəhbəri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol