Xarici KİV-in yaydığı məlumata görə, Liviyanın milli birlik hökumətinin Baş naziri Faiz Sərəc bəyan edib ki, Liviyada fəaliyyətdə olan «İslam Dövləti» xarici güclər tərəfindən yox, liviyalıların öz gücü ilə məhv edilməlidir (TASS).
«İslam Dövlətinin fəaliyyətinə son vermək üçün biz dəqiq strategiya və milli layihə formalaşdırmağa başlamışıq» - deyə, «AFR» agentliyi Baş nazirdən sitat gətirir.
Bu zaman hökumət başçısı Liviya ərazisində yerləşən bütün silahlı milislərə və fraksiyalara xitabla qeyd edib ki, «İslam Dövləti» xarici müdaxilə nəticəsində yox, liviyalıların özlərinin gücü ilə məhv edilməlidir.
AzPolitika.info

Şərhlər