Menu

Baltik dənizi üzərində ABŞ və Rusiya qırıcıları üz-üzə - İNSİDENT

30.04.2016, 13:59
Baltik dənizi üzərində ABŞ və Rusiya qırıcıları üz-üzə - İNSİDENT

Beynəlxalq hava məkanında Su-24 ABŞ təyyarələrinə yaxınlaşıb

Xarici KİV-in məlumatına görə, Rusiyanın Su-24 təyyarəsi Baltik dənizi üzərində ABŞ-ın hərbi təyyarəsinə yaxınlaşıb. İlkin məlumata görə, insident beynəlxalq hava məkanında baş verib. İnsidentə görə, Pentaqon Rusiya hərbçilərini kəskin tənqid edib («Exo Moskvı»).

Pentaqonda Rusiya pilotlarının belə davranışı «təhlükəli» və «qeyri-peşəkar» kimi xarakterizə olunub. İdarənin rəsmi nümayəndəsi Bill Urbanın bəyanatında deyilir ki, bu insident faciəyə gətirib çıxara bilərdi: «Hər iki təyyarə və hər iki ekipaj bundan zərər çəkə bilərdi» - deyə, Reuters amerikalı zabitdən sitat gətirir.

Baş verənlərə görə, Pentaqon Rusiya hərbçilərini günahlandırır və bunun iki ölkə arasında gərginliyi artırmağa xidmət etdiyini önə çəkir. ABŞ tərəfinin məlumatına görə, bu ölkənin kəşfiyyatçı təyyarəsi Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçub. Bu zaman Su-24 təyyarəsi ona 30 metr məsafəyə qədər yaxınlaşıb və qırıcının pilotu «boçka» adlandırılan yüksək pilotaj fiquru həyata keçirib.

Rusiyanın müdafiə nazirliyi hələlik Pentaqonun ittihamlarına cavab verməyib. Dövlət Duması profil komitəsinin sədri, admiral Vladimir Komodoyev Su-24 təyyarəsinin davranışını «təhlükəsiz» adlandırıb və öz növbəsində amerikalı hərbçiləri Rusiya sərhədində provokasion uçuşlar keçirməkdə günahlandırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol