Menu

«AvtoVAZ» konveyerini dayandırdı!

30.04.2016, 14:02
«AvtoVAZ» konveyerini dayandırdı!

Rusiya KİV-nin yaydığı məlumata görə, «Avto VAZ» (Rusiya Federasiyası) dünəndən etibarən konveyerini dayandırıb. Tolyatti zavodu qarşıdan gələn 11 gün ərzində fəaliyyət göstərməyəcək («Exo Moskvı»).

Bunu «AvtoVAZ kanikulu» (tətili) adlandırırlar. Ötən il rekord səviyyədə itkilərə məruz qalmış avtozavod öz fəaliyyətini mayın 10-da bərpa edəcək.

«AvtoVAZ» qrupuna daxil olan «İjevsk avtozavodu»nda isə tətil aprelin 30-dan başlayacaq və mayın 9-na qədər davam edəcək.

Xatırladaq ki, Tolyatti avtomobil zavodu hələ fevralın 15-də yarım il müddətinə 4-günlük iş həftəsinə keçib və əmək haqqlarını 20,0 faiz aşağı salıb. Bununla yanaşı «Lada Kalina», «Qranta» və «Priora» avtomobilləri yığılan konveyerlərin iş qrafiki həftədə 3 günə endirilib.

Hələlik zavodda istehsal ixtisara doğru gedir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol