Menu

“Avroviziya” rəhbərliyi qərarını dəyişdi - "DQR" bayrağı arenada dalğalanacaq

30.04.2016, 17:52
“Avroviziya” rəhbərliyi qərarını dəyişdi - "DQR" bayrağı arenada dalğalanacaq

“Avroviziya” rəhbərliyi erməni separatçılarından üzr istəyib

Avropa Yayım Şurası ötən gün açıqladığı “qadağan olunmuş bayraqlar” siyahısını ləğv edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hətta Yaym Şurası buna görə üzr də istəyib.

Şura “qadağan olunmuş bayraq”ların geniş ictimaiyyət üçün nəzərdə tutulmadığını bildirib.

Xatırladaq ki, bundan öncə, “Avroviziya” rəhbərliyi mayın 22-də İsveçdə keçiriləcək final yarışması zamanı separatçı “Dağlıq Qarabağ Respublikası”nın, Kosovonun, Krımın və Basklar ölkəsinin bayrağını arenaya gətirməsini qadağan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol