“Uralvaqonzavod” 2017-2018-ci illərdə Rusiya quru qoşunlarına ilk partiya olaraq, 100 ədəd “T-14 Armata” tankı göndərməyə hazırdır.
Rusiya müdafiə sənayesinin rəhbərləri əvvəllər də qeyd etmişdilər ki, artıq yeni tankın istehsalına başlanılıb. Bu yeni maşınların 2020-ci ildən öncə istehsal olunmayacağını güman edən bir çox müşahidəçilər üçün bu gözlənilməz xəbər idi.
“Uralvaqonzavod” baş direktorunun müavini Vyaçeslav Xalitov “TASS” informasiya agentliyinə bildirib: ”Yeni tankların hərbi hissələrə çatdırılması üçün müəyyənləşdirilmiş vaxt - 2017-2018-ci il müddəti dəyişdirilməyəck”.
Ruslar piyadaların döyüş maşınlarının hazırlanmsı da daxil olmaqla, əsas baza kimi “Armata” universal platformasının başa gəlmə xərclərini azaltmağa ümid bəsləyirlər. Onlar bunu yüksək texnoloji blokların alınması hesabına həyata keçirmək niyyətindədirlər. İstehsal xərclərinin azaldılması üçün “Uralavaqonzavod” həmçinin “3D printer” texnologiyalarından da istifadə etməyə hazırlaşır.
Vyaçeslav Xalitov “TASS” agentliyinə bildirib ki,yeni tankların başa gəlmə qiyməti mütləq azaldılacaq. O əlavə edib ki, 100-150 ədəd yaxşı tank hazırlamaqla ümumi maya dəyərini aşağı salmaq mümkündür.
Rusiya ordusu təcürbə-sınaq üçün 20 ədəd tank alıb və bu tanklar hal-hazırda Moskva yaxınlığındakı Kubinka təlim mərkəzindədir. Yəqin ki, ilk işlək “T-14” tankı Sibirdə peyda olacaq. Məlumatlı mənbənin bildirdiyinə görə Sibirdəki hərbi hissələrdən biri Krım yarımadasına müdaxilə zamanı özünü yaxşı göstərdiyinə görə, ilk partiya “Armata” tankı ilə təchiz ediləcək.
Gözlənilir ki, Rusiya quru qoşunları “Armata” tankları ilə 2017-ci ildən başlamaqla təchiz olunacaqlar. Lakin bu təchizat “Armata” platformasında hazırlanan digər variantlara yox, məhz “T-14” əsas döyüş tankına aid olacaq. Ancaq bu baza əsasında digər versiyaların istehsala başlanması barəsində tam aydınlıq yoxdur. Universal “Armata” döyüş plantformasına, əsas döyüş tankı “T-14”-lə yanaşı bu versiyalara ”T-15” piyadaların döyüş maşını, ”T-16” remont-təxliyyə maşını və həmçinin də digər döyüş texnikası nümunələri daxildir. Onların arasında KİV-lərdə ”tankların qatili” adlandırılan ağır zirehli zərbə maşınları da var. Bunlardan biri də, ”Armata”nın şassisi üzərində qurulan və hədəfə birbaşa atəş açan 152 millimetr kalibri olan “2C35 Koalisiya” silahıdır.
Hal-hazırda silahlanma yolunda yeni planları barəsində Moskvanın təmtəraqlı bəyənatlar verməsinə baxmayaraq, indiki iqtisadi geriləmə zamanı Kremlin bu arsenalın pulunu hansı maliyyə vasitələri hesabına ödəyəcəyi aydınlaşmayıb. Ona görə də, 2020-ci ildə Rusiyada “Armata” tanklarından ibarət yaxşı döyüş qabiliyyətinə malik hərbi hissələrin meydana çıxacağı hələki məlum deyil.
V.Nəsibov


Şərhlər