Menu

Polislər şəhid olan həmkarları üçün ağladılar - VİDEO

01.05.2016, 17:25
Polislər şəhid olan həmkarları üçün ağladılar - VİDEO

Türkiyənin Qaziantep şəhərində törədilən terror aktının ardından polislər çətin anlar yaşayıblar.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumun ardından hadisə yerinə gələn sivil və rəsmi polis əməkdaşları dostlarından xəbər almağa çalışıblar.

Bir nəfərin şəhid olduğunu, digərinin isə yaralı olduğunu öyrənən polislər, gözyaşlarına hakim ola bilməyiblər. Bəzi polis əməkdaşları isə əsəb gərginliyi keçiriblər.

Qeyd edək ki, xəstəxanaya aparılan yaralı polis orada həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol