Menu

Ermənistan ordusunun hərbçisi öldü

02.05.2016, 12:17
Ermənistan ordusunun hərbçisi öldü

İşğalçı Ermənistan ordusu itki rekordunu təzələməkdə davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gecə Xankəndi hospitalında müalicə alan 20 yaşlı hərbi qulluqçu Sarkis Qasparyan ölüb.

O, aprelin 29-da Ağdərə istiqamətində döyüşdə yaralanmışdı. Şuşadan hərbi xidmətə çağırılan Qasparyan erməni ordusunun son 3 gündə verdiyi 5-ci itkidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol