Xarici KİV-in yaydığı məlumata görə, NATO-nun Avropadakı birləşmiş hərbi qüvvələrinin baş komandanı, amerikalı general Filip Bridlav «Wall Street Journal» qəzetinə müsahibəsində belə bir fikir irəli sürüb ki, Rusiyanın davranışlarını və silahlı qüvvələrini izləmək üçün Vaşinqton daha çox sayda peykdən və digər vasitələrdən istifadə etməlidir (TASS).
Məqalədə xəbər verildiyinə görə, Bridlav qeyd edib ki, hazırda ABŞ belə bir sual üzərində düşünür: Hərbi sahədə Rusiyanı izləmək məqsədilə daha çox sayda kəşfiyyat peyklərini hərəkətə gətirmək lazımdırmı? «O, bəyan etdi ki, belə vasitələrin inkişaf etdirilməsinin və Rusiyanı izləmək üçün böyük səylər göstərilməsinin tərəfdarıdır» - deyə, qəzet yazır.
«Bizə düşünmək lazımdır - texniki vasitələrimizin oriyentasiyasını dəyişməyin və onları yenidən qruplaşdırmağın vaxtı deyilmi? Biz görürük ki, Rusiya tərəfdaşlıq təklifimizi qəbul etmədi və qarşıdurma yolunu seçdi. Buna görə, biz də öz kursumuzu korrektə etməyə məcburuq...» - deyə, qəzet generaldan sitat gətirir.
AzPolitika.info


Şərhlər