Menu

“Rus qoşunları Ukraynadan girib Moldovadan çıxmağa hazırlaşır”- NATO narahatdır

23.03.2014, 23:47
“Rus qoşunları Ukraynadan girib Moldovadan çıxmağa hazırlaşır”- NATO narahatdır

NATO Rusiya qoşunlarının Ukrayna ilə sərhəd boyu yüksək konsentrasiyasını müşahidə edir.

Bu barədə NATO-nun ekspertlər səviyyəsində keçirilən Brüssel forumunda alyansın Avropadakı Birləşmiş qüvvələrinin komandanı, amerikalı general Filip Bridlavbildirib. “Rusiyanın cəmləşdirdiyi qüvvələr Ukraynadan girib Dnestryanı bölgəyə qədər irəliləməyə kifayətdir” deyə general qeyd edib.

Bridlav əlavə edib ki, Rusiyanın Ukraynanın şərq sərhədlərində cəmləşdirdiyiqüvvələr say çoxluğuna və olduqca yüksək döyüş hazırlığına görə fərqlənir. Onunsözlərinə görə, əgər Rusiya rəhbərliyi qərar versə həmin qüvvələr “heç birmaneəyə rast gəlmədən” Dnestryanı bölgəyə qədər “marş-brosok” həyata keçirəbilər. “Bu, NATO-da ciddi narahatlıq yaradır” deyə general bildirib.

Krımın ardınca əhalisinin əksəriyyəti ruslardan ibarət olan Dnestrytanıbölgənin də Rusiyaya birləşdirilməsi çağırışları səslənir. Liberal DemokratPartiyası Dnestryanı bölgəni suveren dövlət kimi tanımağa, daha sonra Rusiyaya birləşdirməyə çağırıb. Moldova hakimiyyəti bu çağırışlardan narahatdır və ölkə ərazilərinin bir hissəsinin ilhaqına yönəlmiş planlarla bağlı rəsmi Moskvanı xəbərdar edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol