Menu

İlqar Məmmədovun deputatlığa namizədliyi irəli sürülüb - YENİLƏNİB

03.05.2016, 18:40

ilqar-məmmədov1-500x34890 saylı Ağdaş seçki dairəsindən 6 nəfər deputatlığa namizədliyini irəli sürüb.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, həmin şəxslərdən ikisi siyasi partiya - hakim Yeni Azərbaycan Partiyası (YAP) və Ümid Partiyasının nümayəndəsidir: “Digər 4 nəfər isə bitərəflərdir”.

Onlardan biri Respublikaçı Alternativ Hərəkatının sədri (REAL) İlqar Məmmədovdur.

Bu barədə REAL-ın icraçı katibi Natiq Cəfərli bildirib

“Dünən 90 saylı Ağdaş seçki dairəsindən xəbər verdilər ki, REAL sedri İlqar Məmmədovun sənədlərini qəbul ediblər və səlahiyyətli nümayəndə kimi məni DSK-ya dəvət etdilər. Bu gün Ağdaşda oldum, İlqar bəyin imza vərəqələrini aldım”,-deyə N.Cəfərli bildirib.

2013-cü il yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunan İlqar Məmmədov hazırda həbsdədir. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol