Xarici KİV-in yaydığı məlumata görə, hələ ötən ilin martında Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel Tokioya səfəri zamanı NATO-ya daxil olmağı ölkənin baş naziri Sindzo Abe-yə təklif edib. Xəbəri «The Japan News» qəzeti yayıb.
Qəzet təsdiqləyir ki, Merkel Sindzo Abe-yə deyib: «Nə üçün Yaponiya NATO-ya qoşulmasın? Mən Böyük Britaniyanın baş naziri Kemeronu və Fransız Ollandı (Fransa prezidenti) inandıra bilərəm...». Yaponiyanın hökumət başçısı qeyri-səmimi görünməmək xatirinə belə cavab verib: «Bu, gələcəkdə baş tuta bilər».
Yaponiya Şimali Atlantka alyansının üzvü deyil, amma Əfqanıstan, Avstraliya, İrak, Pakistan, Cənubi Koreya, Yeni Zelandiya və Monqolustanla birlikdə «NATO ilə qlobal tərəfdaşlıq» proqramına daxildir. Təşkilatın saytında verilən məlumata görə, bu ölkələr qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirir, bəziləri isə alyansın əməliyyatlarına o cümlədən, hərbi sahədəki əməliyyatlarına öz töhfəsini verir.
Artıq xəbər verildiyi kimi, Sindzo Abe aprelin 30-da Avropa turnesinə yollanıb. Səfər çərçivəsində o, İtaliyada, Fransada, Belçikada, Almaniyada və Böyük Britaniyada olmağı planlaşdırıb. Mayın 6-da isə Abe-nin Rusiyaya səfəri nəzərdə tutulub.
AzPolitika.info


Şərhlər