Menu

Kanadada miqyaslı meşə yanğınları baylayıb, bir şəhər köçürülür

04.05.2016, 11:52
Kanadada miqyaslı meşə yanğınları baylayıb, bir şəhər köçürülür

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Kanadada geniş miqyaslı meşə yanğınları tüğyan edir. Yanğın səbəbilə, hökumət 80 min nəfərin evakuasiya edilməsinə qərar verib.

Xəbərdə deyilir ki, Kanadanın Alberta əyalətində başlamış yanğın hökuməti şəhərin məcburi köçürülməsi barədə qərar verməyə vadar edib. Ümumilikdə, 80 min nəfərin öz evini tərk etməyə məcbur olacağı bildirilir.

«Reuters» agentliyi xəbər verir ki, Alberta əyalətinin hakimiyyəti Fort-MakMürrey şəhərinin bütün sakinlərinin evakuasiya elilməsi qərarına gəlib. Onlar 20 kilometrlik məsafədə yerləşən digər yaşayış məntəqəsinə aparılacaq.

Evakuasiyanın ilk balğası bu ərəfədə elan olunub və 29 min nəfəri əhatə edib. Hökumət bunu belə izah edib ki, güclü yanğın şəhərin hüdudlarına yaxınlaşır və faktiki olaraq, çıxışlarından birini kəsb.

Çərşənbə günü vəziyyət daha da ağırlaşıb - alov şəhərin kənarına çatıb. Bir neçə yaşayış evi yanıb. Bu arada SBS telekanalı xəbər yayıb ki, yanğınsöndürənlər yeri sakinləri evakuasiya edə biliblər, lakin tələsik məqamda insanlar öz əşyalarını yığışdıra bilməyiblər.

Mayın 4-ü səhər saatlarına olan məlumata görə, yanğının ümumi sahəsi 3 min hektara çatıb. Yanğının söndürülməsi üçün vertolyotlardan da istifadə edən yanğınsöndürənlər, hesab edirlər ki, təbii fəlakətlə bacara bilməyəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol