Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı bu ilin sonuna qədər 3 yeni diviziyanın yaradılacağını bəyan edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni diviziyalar Qərb və Cənub hərbi dairələrində yaradılacaq. “Müdafiə Nazirliyi tərəfindən NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı bir sıra tədbirlər görülür. Bu ilin sonuna kimi Qərb və Cənub hərbi dairələrində 3 yeni diviziya formalaşdırılacaq. Hazırda dislokasiya yerlərinin yaradılması prosesi gedir”, - deyə nazir qeyd edib.


Şərhlər