Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiyanın yeni «Şərq» kosmodromundan ilk cəhdlə buraxılmış «SamSat-218» nanokosmik aparat rabitəyə girmir. Bu barədə xəbəri raket-kosmik sferadakı mənbəyə istinadla, «TASS» agentliyi yayıb.
«Start anından indiyə qədər kosmik aparatla rabitə yaratmaq mümkün olmayıb. Böyük ehtimalla, orbitə çıxandan sonra o, işə düşməyib» - deyə, mənbə agentliyə danışıb.
Onun sözlərinə görə, çərşənbə günü Samara dövlət aerokosmik universiteti və «Proqres» raket-kosmik mərkəzin (aparatı bu mərkəz yaradıb) pümayəndələri birgə iclas keçirəcək. İclasda peyklə rabitə yaratmaq cəhdlərinin davam etdirilməsi və ya onun itmiş hesab olunması məsələləri müzakirə olunacaq.
AzPolitika.info


Şərhlər