Menu

Mərkəzi Bank dollar yığır

05.05.2016, 12:09

Hərrac-istiqraz dollarBu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərracına 50 mln. ABŞ dolları məbləğində vəsaitin çıxardıldığı bildirilir.

Bugünkü hərracda da Mərkəzi Bankın manat intervensiyasını davam etdirəcəyi (dollar alacağı) gözlənilir. Bu halda dollar manat qarşısında yüngül bahalaşa bilər.

Xatırladaq ki, Mayın 3-də ARDNF tərəfindən valyuta hərracına çıxarılan 50 mln. dollarlıq vəsaitdən 5,6 mln. dollar 7 kommersiya bankına, 40 mln. dollar Azərbaycan Mərkəzi Bankına (AMB) satılıb. Nəticədə, hərraca çıxarılan valyuta kütləsinin 91,2%-i satılıb. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol