Menu

Ukrayna Krımdan çıxmaq barədə qərar qəbul etdi

24.03.2014, 14:10
Ukrayna Krımdan çıxmaq barədə qərar qəbul etdi

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) hərbi hissələrin Krımdan çıxarılması barədə qərar qəbul edib.

APA-nın UNİAN-a istinadən bildirdiyinə görə, Ali Radanın sədri, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov deyib ki, MTMŞ bununla bağlı artıq Müdafiə Nazirliyinə göstəriş verib.

A. Turçinov onu da deyib ki, Şura Nazirlər Kabinetinə hərbi qulluqçuların ailələrini təxliyə etməyi tapşırıb.

Ukrayna hökumətinin bu qərarı faktiki olaraq Krımı Rusiyaya təslim etməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol