Türkiyə baş naziri Əhməd Davudoğlu bu gün hakim Ədalət və İnkişaf (AKP) partiyasının iclasında yaxın vaxtlarda postundan istefa verəcəyini açıqlayıb.
Bu hadisə Davudoğlu ilə prezident Rəcəb Tayyip Ərdoğan arasındakı narazılıqlar fonunda baş verib.
Modern.az saytı xatırladır ki, son illər Rəcəb Tayyip Ərdoğanla yolları ayrılan xeyli məşhur siyasətçilər olub. Onların adlaını təqdim edirik:
2013-cü il dekabrın 17-də AKP fraksiyasından istefa verən 9 millət vəkili – İdris Naim Şahin, Hami Yıldırım, Haluk Özdalğa, Muhammed Çətin, Hakan Şükür, İlham İşbilen, Erdal Kalkan, İdris Bal və İhsan Barutçu;
2014-cü ilin martında Türkiyənin mədəniyyət naziri postundan istefa verən Ərtoğrul Günay;
2014-cü il avqustun 28-də Türkiyənin 11-ci prezidenti postunda səlahiyyət müddəti başa çatan Abdulla Gül. O, Rəcəb Tayyip Ərdoğanın “sağ əli” hesab olunurdu və 2002-2003-cü illərdə partiya sədrinin əvəzinə baş nazir postunu icra edirdi. 2014-cü il avqusutn 28-də prezidentlik postunu Ərdoğana təslim edən Gül son vaxtlar keçmiş partiyadaşına qarşı tənqidi fikirlər də səsləndirib;
2014-cü ilə qədər Türkiyə Böyük Millət Məclsiinin spikeri postunu və baş nazirin müavini vəzifələrini icra etmiş Bültn Arınç. O, 2015-ci ilin oktyabrındakı çıxışı zamanı AKP partiyasını və prezident Rəcəb Tayyip Ərdoğanı kəskin tənqid etmişdi;
2016-cı ilin fevralında Rəcəb Tayyip Ərdoğanı ölkənin elm xadimlərinə qarşı təhqiredici ifadələr işlətdiyi üçün məhkəməyə verən akademik Basqın Oran.

Şərhlər