Menu

DİN şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmətlərini davam etdirir

06.05.2016, 11:30
DİN şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmətlərini davam etdirir

Ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilir.

Məlumatda deyilir ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər paytaxtın Binəqədi, Xəzər, Xətai, Qaradağ, həmçinin respublikanın Abşeron, Sumqayıt, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Qusar, Samux, Qax və Qazax şəhər və rayonlarında baş tutub.

Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 1571 vətəndaşın müvafiq sənədləri qəbul edilib, 537 nəfərə isə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib.

Analoji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol