Menu

İtən Malayziya təyyarəsinin tapıldığı bildirilir

24.03.2014, 21:06
İtən Malayziya təyyarəsinin tapıldığı bildirilir

Təxminən üç həftəyə yaxındır qəzaya uğradığı bildirilən Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsi Hind okeanının cənubuna düşüb. Bunu Malayziyanın baş naziri Najib Razak bəyan edib. O, qeyd edib ki, bunu peykdən aparılan yeni analizlərin nəticəsi göstərir. Təyyarə barədə məlumatı Böyük Britaniyanın İstintaq Komitəsi verib.

Qeyd edək ki, göyərtəsində 239 nəfər - 227 sərnişin və 12 ekipaj üzvü olan "Boeing-777" təyyarəsi martın 8-də Malayziyanın paytaxtı Kuala Lumpurdan havaya qalxdıqdan sonra radarlardan itmişdi. Təyyarənin sonrakı taleyindən heç bir xəbər yox idi. Onun gah terrorçular tərəfindən qaçırılması, gah qəzaya uğrayaraq okean sularına düşməsi, gah da hərbçilər tərəfindən vurulması və hətta yadplanetlilər tərəfindən qaçırılmasına qədər ən ağlasığmaz versiyalar səslənirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol