Menu

Rusiya Ukrayna hərbi gəmisini döyüşlə ələ keçirib -FOTO

24.03.2014, 21:16
Rusiya Ukrayna hərbi gəmisini döyüşlə ələ keçirib -FOTO

Bu gün Rusiya hərbçiləri döyüşlə Ukraynanın “Konstantin Olşanski” hərbi gəmisini ələ keçiriblər.

ANS PRESS-in məlumatına görə, heyətin böyük hissəsi gəmini tərk edib və orada yalnız 21 nəfər qalıb. Onlar kayutlarda barrikada qurublar. Rusiyanın Qara dəniz donanmasının yedək gəmisi “Konstantin Olşanski”yə yaxınlaşıb və ona qarmaq atıb. Gəmini qoruyan heyət üzvləri iki tüstü paketi atıb.

Hadisənin şahidi Aleksey Tamrazov bildirib ki, hücum zamanı avtomat səsləri və qumbara partlayışları eşidilib. Bundan sonra Tamrazov bildirib ki, hücum başa çatıb.

“Bitdi…Olşanski artıq yoxdur”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol