Ermənilərin bu vandallığı beynəlxalq aləmdə qəbul olunmaz faktdır
"Əfqanıstan Azərbaycanın Beynəlxalq təşkilatlarda əsas tərəfdaşlarından və dəstəkçilərindən biridir". Bunu "Report"un Qarabağ bürosunun müxbirinə Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili bildirib.
Səfir bildirib ki, Əfqanıstan hər zaman Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına narazılığını ifadə edib:
"Bundan sonra da Əfqanıstan Azərbaycanı və onun xalqını dəstəkləyəcək. Cəbhədə gördüklərim çox təsirlidir və burada insanların hüquqları pozulur. Dinc əhali ermənilərin atəşinə məruz qalır. Ermənilərin bu vandallığı beynəlxalq aləmdə qəbul olunmaz faktdır. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla və cəbhəboyu yaşayış məntəqələrini atəşə tutmaqla beynəlxaql hüquq və normaları pozur".


Şərhlər