Menu

Londonda ilk dəfə müsəlman mer seçilib

06.05.2016, 22:20
Londonda ilk dəfə müsəlman mer seçilib

Leyboristlər partiyasının təmsilçisi, Pakistan əsilli Sadiq Xan Londonun meri seçilib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, o, bu posta yiyələnən ilk müsəlman kimi tarixə düşəcək.

2013-cü və 2015-ci illərdə S.Xan britaniyalı müsəlmanlar arasında “ilin siyasətçisi” adını qazanıb.

Onun proqramının əsas bəndləri mənzil inşaatının, sosial sahənin inkişafı, ictimai nəqliyyatda qiymət artımının məhdudlaşdırılması və Hitrou hava limanının genişləndirilməsindən imtinadır.

46 yaşlı Sadiq Xan insan haqları üzrə hüquqşünasdır. O, 2008-2009-cu ildə yerli idarəetmə məsələləri üzrə dövlət naziri, 2009-2010-cu illərdə isə nəqliyyat məsələləri üzrə dövlət naziri postlarında çalışıb. Sadiq Xan evlidir, 2 övladı var.

Sosial

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol