Menu

İran parlamentinin üzvü yol qəzasında ölüb

07.05.2016, 13:47

An Iranian flag flutters in front of the UN headquarters in Viennaİran parlamentinin Şərqi Azərbaycandan olan nümayəndəsi yol qəzasında həlak olub.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərindən seçilən parlament üzvü Məhəmmədəli Hüseynzadə bu gün səhər Zəncan-Qəzvin magistral yolunda qəzaya düşüb.

Hadisə zamanı onun avtomobildə olan övladları və həyat yoldaşı xəsarət alıblar.

Hadisəyə sürücünün yuxulu olması, yol kənarındakı təpələrə çırpılan avtomobili aşırması olub.

Məhəmmədəli Hüseynzadə 10-cu dövr İran İslam Şura Məclisinə 50 min 980 səs toplamaqla seçilib.

M. Hüseynzadə parlamentə yeni seçilmiş nümayəndələrin prezident Həsən Ruhani ilə görüşündə iştirak etmək üçün Tehrana səfər edirmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol