Menu

Suriyada keçirilən əməliyyat zamanı 48 İŞİD terrorçusu öldürülüb

07.05.2016, 16:23
Suriyada keçirilən əməliyyat zamanı 48 İŞİD terrorçusu öldürülüb

Suriyada İŞİD mövqelərinə yönəlik hava hücumu əməliyyatları zamanı 48 terrorçu öldürülüb.

APA-nın “Anadolu” Agentliyinə istindən verdiyi məlumata görə, İŞİD-in müxalifətin nəzarəti altında olan bölgələrə hücumlarından sonra koalisiya qüvvələrinə məxsus F-15, F-16 ve A-10 hərbi təyyarələrindən terrorçuların mövqelərinə zərbələr endirilib.

Bu gün səhər saatlarından başlanan əməliyyatlar zamanı 48 İŞİD terrorçusu öldürülüb, çoxlu sayda terrorçunun isə yaralandığı bəlli olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol