Menu

Türkiyə çempionatında tarixi derbi

08.05.2016, 11:51
Türkiyə çempionatında tarixi derbi

“Beşiktaş”-ın çempionluq, “Qalatasaray”-ın Avropa yolunda çətin sınağı

“AzPolitika”- xəbər verir ki, bu gün futbol sevərlərin əsas diqqəti İstanbulda oynanılacaq derbidə olacaq. Belə ki, İstanbulun iki nəhəng klubu, “Qalatasaray” öz meydanında “Beşiktaş”ı qəbul edəcək. Bu oyun öncəsi “Beşiktaş”- 73 xalla 1-ci, “Qalatasaray” isə 45 xalla 6-cı yerdədir. Çempionatın başa çatmasına 3 tur qalmış, “Beşiktaş” ən yaxın rəqibi “Fənərbağça”nın 3 xal önündə liderliyini davam etdirir. Qarşılaşma “Beşiktaş”ın çempionluq yolunda həlledici oldugu qədər, “Qalatasaray”ın da Avropa yolunda çətin sınağı olacaq. Bildiyiniz kimi, “Qalatasaray” UEFA-dan aldığı 1 illik mən cəzasını qarşıdakı il çəkmək üçün, bu il Avropaya vəsiqə qazanmalıdır. “Qalatasaray” bu yolda “Osmanlıspor”dan 4 xal geridə qalır.

Xatırladaq ki, “Qalatasaray” – “Beşiktaş” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:00- da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol