Menu

Səudiyyə Ərəbistanı neft siyasətini dəyişməyəcək

08.05.2016, 20:26

neftSəudiyyə Ərəbistanı neft sahəsində hazırkı siyasətini davam etdirmək niyyətindədir. APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının yeni energetika, sənaye və mineral resurslar naziri Haled Əl-Faleh bəyan edib.

H. Əl-Faleh Səudiyyə Ərəbistanının müştərilərinin neftə ehtiyaclarını qarşılamaq sahəsində liderliyini qoruyacağını vurğulayıb.

Qeyd edək ki, kral Salman Səudiyyə Ərəbistanı hökumətinin tərkibində böyük dəyişiklik edib və səhiyyə naziri olan H. Əl-Faleh energetika, sənaye və mineral resurslar naziri təyin edilib. Ancaq Əl-Faleh əvvəllər Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinin rəhbəri də olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol