Azərbaycan ordusunun əsgəri şəhid olub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Heydərov Əli İntiqam oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!


Şərhlər