Menu

Prezident Azərbaycan Veteranlar Təşkilatına 500 min manat ayırdı

09.05.2016, 13:09
Prezident Azərbaycan Veteranlar Təşkilatına 500 min manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı Azərbaycan Respublikası Veteranlar Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Veteranlar Təşkilatına 500 000 manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməsi tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol