Rusiyanın Ermənistandakı səfiri münaqişə ilə bağlı danışıqları anons etdi.
"Yaxın zamanda Qarabağ münaqişəsinə dair görüşlər keçiriləcək." ANS PRESS-in məlumatına görə, bu haqda "Novosti Armeniya" saytına müsahibəsində Rusiyanın İrəvandakı səfiri, İvan Volınkin deyib. Səfir bu açıqlamanı Ermənistan və Azərbaycan nümayəndələri arasında hər hansı bir görüşlərin planlaşdırıldığı haqda sualı cavablandırarkən verib. Onun sözlərinə görə, belə görüşlər ona lazımdır, çünkü münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək olar.
Rusiyanın təmas xəttində gərginliyi azatmaq üçün hər hansı bir yeni, əvvəllər sınanmamış üsullar tətbiq etməsi haqda sualı cavablandıran səfir Rusiyanın nər zaman bu münaqişəyə xüsusi diqqət yetirdiyini qeyd edib. "Rusiya hər zaman münaqişənin həll olunması üçün səylər göstərib və bu səylər davam etdiriləcək. Təbii ki, görüşlər olacaq, bu məsələ müzakirə olunacaq. Hesab edirəm ki, bu yaxın zamanda baş verəcək."


Şərhlər