UEFA-nın sabiq prezidenti Mişel Platininin futbol sahəsindəki fəaliyyətinə qoyulmuş qadağa 6 ildən 4 ilə endirilib. Anspress-in məlumatına görə, bu barədə Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) qərar qəbul edib. Qərar Platininin apellyasiyası üzrə dinləmələrindən sonra çıxarılıb.
Ötən il FİFA futbol dünyasını sarsıdan qərar verib. Adı rüşvət qalmaqalında hallanan UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb. FİFA-da korrupsiya ilə bağlı qalmaqal ötən ilin yazında, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.
Təşkilatın Apellyasiya Komitəsi fevralın 24-də funksionerlərə qarşı sanksiyaları yüngülləşdirib və Platinin cəzasını 6 ilə endirib.
Mişel Platini öz dövrünün ən istedadlı futbolçularından hesab edilir. 1984-cü il Avropa çempionatının qalibi olub. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçusu hesab edilir. FİFA-nın yeni prezidenti bu il fevralın 26-da İsveçrənin Sürix şəhərində keçirilən növbədənkənar konqresdə Canni İnfantino yeni prezident seçilib.


Şərhlər