Menu

"Putin məni qəhraman adlandırıb" - Tramp

09.05.2016, 16:55
"Putin məni qəhraman adlandırıb" - Tramp

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə əsas namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putini tərifləyib.

O Vaşinqton ştatının Spokan şəhərində çıxış edərkən onu xoşlayan adamlara hörməti olduğunu deyib və buna misal kimi Putini də göstərib: "Məni xoşlayan adamlara hörmətim var. Hətta Putinə. Putin deyib ki, Trum qəhramandı və o ABŞ-ın növbəti lideri olacaq”

Amma Trumpun partiyadak həmkarları bu məsələdə onunla razı deyillər.

Trumpun sözlərinə görə Respublikaçılar ona Putin haqqında dediklərini geri götürməyi məsləhət görüblər, amma o bunu etməyəcək.  /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol