Menu

Kim Çen Inın bacısı Mərkəzi Komitəyə üzv seçilib

10.05.2016, 09:01
Kim Çen Inın bacısı Mərkəzi Komitəyə üzv seçilib

KXDR lideri Kim Çen Inın kiçik bacısı Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinə üzv seçilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Kim Yo Çjon Mərkəzi Komitənin təşviqat və təbliğat şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Kim Yo Çjon ötən ilin martından etibarən müxtəlif tədbirlərdə qardaşını müşaiyət etməyə başlayıb.

Partiya orqanlarının yeni tərkibi mayın 6-9-da keçirilmiş qurultayda təsdiq edilib. Kim Çen In isə Koreya Əmək Partiyasının sədri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol