Menu

QARABAĞDA DÖYÜŞLƏR: Erməni generalının qardaşı yaralandı

10.05.2016, 10:17
QARABAĞDA DÖYÜŞLƏR: Erməni generalının qardaşı yaralandı

Mayın 9-da Erebuni tibb mərkəzinə Ermənistan Milli Məclisinin deputatı, general Seyran Saroyanın qardaşı Artur Saroyan yerləşdirilib.

Oxu.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Onların məlumatına görə, 32 yaşlı Saroyan işğal edilmiş Dağlıq Qarabağa aprelin 3-də yola düşüb və Kəlbəcər rayonu ərazisində Omar aşırımında olub.

Qarın nahiyəsindən yara alan Saroyan intensiv terapiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Qeyd edək ki, erməni generalı Seyran Saroyan (fotoda -red.) Qarabağda müharibə zamanı hərbi əsirlərə və regionun azərbaycanlı dinc əhalisinə qarşı xüsusi amansızlığı ilə seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol