Menu

Türkiyədə partlayış: 2 polis şəhid olub, 3-ü yaralanıb

10.05.2016, 12:28

turkiye-pkk-300x198Partlayışdan sonra Vana giriş-çıxış məhdudlaşdırılıb

Türkiyənin Van bölgəsində terrorçu PKK qruplaşması silahlılarının yola döşədiyi minaların zərərsizləşdirilməsi zamanı partlayış baş verib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, partlayıcı polisin əlində partlayıb və nəticədə 2 polis əməkdaşı şəhid olub, 3-ü yaralanıb.

Partlayışdan sonra Vana giriş-çıxış məhdudlaşdırılıb. Polis bölgədə gizlənən terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyat keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol