Menu

Ağcabədidə 4 qanunsuz ətkəsmə məntəqəsi aşkar edilib 

10.05.2016, 15:23
Ağcabədidə 4 qanunsuz ətkəsmə məntəqəsi aşkar edilib 

Dövlət Baytarlıq Xidməti Ağcabədi rayonunda reyd keçirib.

"Report"un məlumatına görə, reyd zamanı rayonun Aşağı Avşar kəndində 4 qanunsuz ətkəsmə məntəqəsi aşkar edilib.

Həmin sexlərdən birinin sahibi olan kənd sakini Şamil Məzahir oğlu Rüstəmova məxsus sexində heyvan cəmdəkləri aşkar olunub. İki ədəd xırda buynuzlu heyvanın cəmdəyi ərazidən götürülərək yandırılma yolu ilə məhv edilib.

Qanunsuz sexlər Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən bağlanıb, həmin şəxslərə protokol və cərimələr tədbiq edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol