Menu

Orxan Zeynalovun istintaqı yekunlaşıb

25.03.2014, 21:01
Orxan Zeynalovun istintaqı yekunlaşıb

Moskva müstəntiqləri paytaxt sakini Yeqor Şerbakovun ölümü ilə bağlı istintaq işini yekunlaşdırıb.

Musavat.com-un ria-ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinin rəsmi təmsilçisi Viktoriya Tsıplyonkova açıqlama verib.

“Azərbaycan Respublikasının vətəndaşı Orxan Zeynalova qarşı cinayət işinin təhqiqatı başa çatıb. Hazırda müttəhim və onun vəkili cinayət işinin materialları ilə tanış olmağa başlayıblar”, - deyə o bildirib.

Xatırladaq ki, sözügedən cinayət hadisəsi Rusiyada ksenofobiyanı gücləndirmişdi. Ələlxüsus Moskvada miqrantlara qarşı yerli hökumətin də körüklədiyi böyük basqı kampaniyası başlamış, 400 nəfər saxlanılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol