Menu

​Əhməd Davudoğlu Ərdoğanın qızının toyunda nikah şahidi olacaq

11.05.2016, 11:01
​Əhməd Davudoğlu Ərdoğanın qızının toyunda nikah şahidi olacaq

Türkiyənin istefa vermiş baş naziri Əhməd Davudoğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməya Ərdoğanla Səlcuq Bayrakdarın toyunda nikah şahidi olacaq.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, mayın 14-də olacaq nikah mərasiminə 6 min nəfərin qatılacağı gözlənilir.

R.T.Ərdoğan Türkiyənin 11-ci prezidenti Abdullah Gülə zəng edərək qızının toyuna dəvət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol