Gəncədə baş verən ağır yol qəzası nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
"Report"un xəbərinə görə, hadisə şəhərin 1-ci mikrorayon ərazisindən Vaqif küçəsinə gedən yolda, Gəncə Əyləncə Mərkəzinin qarşısında baş verib.
"VAZ-2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Ölənlər "VAZ- 2106" markalı avtomobilin sürücüsü və sərnişini olub. Həmin maşının digər sərnişini isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. "Mercedes" markalı avtomobilin sürücüsü isə baş nahiyəsindən zədə alıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Hazırda hadisə nəticəsində ölən və yaralanan şəxslərin şəxsiyyətləri müəyyənləşdirilir.

Şərhlər